Ərəb qaçqınlar Azərbaycanın turizm şirkətlərini “vurdu“

Ərəb qaçqınlar Azərbaycanın turizm şirkətlərini “vurdu“

Hazırda oxunan: Ərəb qaçqınlar Azərbaycanın turizm şirkətlərini “vurdu“
108196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bir çox xarici ölkələrdə ictimai-siyasi vəziyyətin qeyri-sabit olması Azərbaycandan xarici ölkələrə turlar təşkil edən şirkətlərin turpaket satışını da azaldıb

Bunu "Trend"ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, əsas azalma həm Şərq, həm də Qərb ölkələri üzrə turlar təşkil edən şirkətlərin turpaket satışında özünü göstərir.

Bu hadisələrin bundan sonra da "getmə turizm"ə öz təsirini göstərəcəyini deyən M.Ağarkərimov bildirib ki, xaricə getmək istəyən Azərbaycan turistlərinin sabit vəziyyəti olan ölkələrə səfər etməsi tövsiyə edilir: “Məsələn, BƏƏ, Çexiya, Polşa, Baltikyanı ölkələr, Sloveniya, Slovakiya və digər ölkələrdə təlatümlər olmadığından vətəndaşlarımız oraya səfər edə bilərlər. Almaniya, Fransa, Belçika və Macarıstanda qacqınlarla bağlı bəzi problemlər yaşanır. Ona görə də turistlərin oraya getməsi məsləhət görülmür”x9d.

M.Ağakərimov hesab edir ki, bu azalma ölkənin daxilində qış turizmi üzrə təşkil edilən turların satış səviyyəsini yüksəldəcək.

Azərbaycanın aparıcı turizm şirkətlərindən olan “Millennium Tourism Lufthansa City Center”x9din baş direktoru Ruslan Quliyev bildirib ki, Şərqi Avropa ölkələri üzrə turların satışında elə bir dəyişiklik olmasa da Qərbi Avropa istiqaməti üzrə, xüsusilə Parisə uçmaq istəyənlərin sayı azalıb. Onun sözlərinə görə, xaricə getmək istəyənlərin sayının azalmasına baxmayaraq Azərbaycanın bölgələrindəki otellərdə yer bron edənlərin sayı artıb.

“AtaTravel”x9d şirkətinin baş direktoru Vüsal Əliyev isə bildirib ki, baş verən hadisələr daha çox Parisə getmək istəyənlərin sayına təsir göstərib.

Onun sözlərinə görə, Parisdə baş verən hadisələrdən sonra həmin istiqamət üzrə uçmaq istəyənlər istiqamətlərini dəyişiblər və Praqaya üz tutublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO