Rumıniyanın “UTİ Grup SA”x9d şirkətinn Vitse Prezidenti Mihail Gradinaru Azərbaycan KİV-nə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Son günlər “UTİ Grup SA”x9d- nın günahlandırılması ilə bağlı hadisələr ətrafında Azərbaycandakı bəzi mətbuat orqanlarında cox ciddi dezinformasiya və yalan xəbərlər, şərhlər yayılmışdır. Azərbaycan və Ruminya əlaqələri xalqlarımız arasında yalnız tarixi dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır. Azərbaycan həm də Ruminyanın strateji tərəfdaşlıq əlaqələri qurduğu bir neçə azsaylı dövlətlərdən biridir. Geniş hüquqi bazaya əsalanaraq bu əməkdaşlıq Ruminya ilə Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrdən ibarətdir. Rəsmi Bəyannamənin ardınca Ruminya ilə strateji tərafdaşlıq ilə əlaqədar 18 aprel 2011-ci ildə imzalanan ümumi fəaliyyət planı bir neçə sahədə əməkdaşlığı əhatə edir. Bu sahələrdən biri də İnformasiya Texnologiyaları (İT) sektorudur. Fəaliyyət planı eyni zamanda Ruminya və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün iki dövlətin başçıları səviyyəsində müzakirələr aparılmışdı. Bu konteksdə 2012-ci ildə Bakıda 100 faiz “UTİ Grup SA”x9d şirkətinə məxsus olan “UTİ Azərbaycan”x9d şirkəti yaradılmışdı. “UTİ Grup SA”x9d Rumıniyanın aparıcı şirkətlərindən biridir. Və bir çox Avropa ölkələrində biznes, hökumət, fərdlər üçün xidmətlərin göstərilməsində 25 illik təcrübəyə malik olan regional bazarda əsas oyunçulardandır. Şirkətimiz tərəfindən istehsal olunan müasir texnologiya məhsullarımız ən yüksək səviyyədə (NATO ENİSA) serfikatlaşdırılmışdır.
Bakıda şirkətin açılmasında məqsəd yeni texnalogiyaların transferi, mütəxəssislərin treninqi və yüksək texnologiyalar sahəsində yerli imkanların inkişaf etdirilməsi olmuşdur. Nəzərə alsaq ki, UTİ-nin əsas fəaliyyət istiqamətlərindən biri təqdiqat və inkişafdır Bakıdakı fəaliyyətimizin ilk günlərindən etibarən bir neçə beynəlxalq elmi tədbirləri təşkil etmişdik. UTİ yerli mütəxəssislərin treninqləri üçün xüsusi laboratoriyanı ianə etmişdir. Eyni zamanda ən yaxşı ekspertlərimiz Bakıda konfraslarda iştirak etmişlər.
Biz əməkdaşlığa başladıq, lakin təəssüf ki, iki ildən bir az sonra 2015-ci ilin əvvəlində ciddi layihələr və prespektivlər olmadığı üçün Rumıniya tərəfindən hər-hansı bir pozuntu olmadan “UTİ Azərbaycan”x9d bağlanması barədə qərar qəbul etdik.
UTİ-nin Azərbaycandakı bütün fəliyyəti qanunlara tam uygun, şəffaf, ən yüksək standartlara uygun olmuşdur. DNA (Korrupsiya əleyhinə Rumıniyanın Milli İdarəsi) tərəfindən verilmiş rəsmi bəyanatlarda “UTİ Grup SA”x9d ”“nın hər hansı bir cinayətdə ittiham olunmaması faktını xüsusilə vurğulamaq istərdik. “UTİ Grup SA”x9d ”“nın təmsil olunduğu ölkələrdən heç birindəki fəaliyyətinə hazırkı təhqiqat təsir göstərməmişdir.
Tərəfdaşlarımızın narahatlığı üçün heç bir əsas yoxdur. Əksinə bu dönəmdə “UTİ Grup SA”x9d özünün möhkəm və etibarlı mövqeyini sübut edəcəkdir. Əmin ola bilərsiniz ki, birlikdə uğurlu işbirliyimizi inkişaf etdirmək üçün bizimlə tərəfdaşlığa güvənə bilərsiniz.
Mihail Gradinaru UTİ-nin Vitse Prezidenti”x9d.




































































































