Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi Yeseninin vətənində

Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi Yeseninin vətənində

Hazırda oxunan: Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi Yeseninin vətənində

105092
Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin nəzdində fəaliyyət göstərən Qadınlar Birliyi  "Rusiyada ədəbiyyat ili" çərçivəsində dahi rus şairi S.A.Yeseninin vətəni olan Ryazan şəhərinə marifləndirici ekskursiya təşkil edib.


Qadınlar Birliyinin sədri Venera Şükürovanın rəhbərliyi altında təşkil olunmuş gəzinti ilk olaraq Rusyanın açiq səma altındakı qədim muzeylərindən biri olan "Ryazan Kremlin"ə ekskursiya ilə başlayıb.

Sergey Yeseninin xatirəsinə həsr olunmuş bu ekskursiyada Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalı qadınlar və mərkəzin nəzdindəki Qadınlar Birliyinin aktiv üzvləri iştirak ediblər.

Təşkil edilmiş proqramda azərbayccanlı ziyalı qadınlarla yanaşı Rusiya ictimaiyyətinin aktiv üzvlərindən olan Dünya üçün Sülh Federasiyasının əməkdaşı "Gənc Dünya Səfiri" Yekaterina Minsafina da iştirak edirdi.

Bu ekskursiya Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin "Rusiyada ədəbiyyat ili 2015" layihəsi çərçivəsində keçirdiyi ikinci böyük tədbirdir.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO