
- A-
- A
- A+
Cəmiyyət
19:03 / 18.10.2015
2 dəq oxunma
Əməkdar artist İsrafilov haqda “sirri”x9d açdı
Hazırda oxunan: Əməkdar artist İsrafilov haqda “sirri”x9d açdı
101411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Özümü daha geniş mənada təsdiqə doğru getdiyim bir vaxtda İsrafil İsrafilov məni işdən çıxardı.
Moderator.az xəbər verir ki, bu sözləri əməkdar artist Telman Əliyev atv.az-a müsahibəsi zamanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ətrafında baş verən qalmaqallardan danışarkən deyib:
“Həsənağa Turabov və Əlabbas Qədirovdan sonra teatra yeni direktor təyin olundu. O vaxtdan bəri gözüm almırdı İsrafil İsrafilovu. Çünki bura ənənəyə bağlı teatrdır. Özümü daha geniş mənada təsdiqə doğru getdiyim bir vaxtda İsrafil İsrafilov məni işdən çıxardı. Teatra gəldiyi gündən illüziyalar sərgiləyirdi. Onun verdiyi vədlərə inanmırdım. Axı sənətdən başqa, həm də idarəetməni bilirəm. Deyirdi ki, “sizin səfərləriniz yalnız xarici dövlətlərdə olacaq. Ən aşağı 800 manat maaş alacaqsınız və s.”x9d Bunu reallaşdırmaq üçün böyük bir yükün altına girmək lazım idi. Axı İsrafil İsrafilov bu qədər əziyyətin içinə girəcək insan deyil”x9d.
Əməkdar artist Azdramada İsrafilova qarşı kampaniyanın yaranma səbəblərindən də söz açıb:
“Heç kimin deyə bilmədiklərini ona demişəm. Ancaq elə davranırdı ki, sanki mən heç nəyəm. Hamının mənim kimi düşündüyünü görəndə aktyorlara qarşı çıxmağa başladı. Bilindi ki, İsrafil İsrafilov tənqidi sevmir. O təkbaşına idarəçiliyi seçmişdi. Direktor vəzifəsinə başlayanda teatrın bədii və texniki personalının əlli faizini dəyişdi. Hətta baş rejissor və digər rejissorlar da teatrda ixtisar olundu. Yalnız qısa müddətli müqavilə rejiminə keçildi. Müqavilə “mən istədiyim vaxt səni uzaqlaşdıra bilərəm”x9d deməkdir. YUÄž teatrını Akademik Milli Dram Teatrına daşıdı. Ölkənin öndə gedən sənətkarları, aktyorları isə kənarda qaldı. Bundan sonra bütün söz-söhbətlər başladı”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































