Moderator.az saytı “Kino-kuryoz”x9d layihəsi çərçivəsində bu dəfə Azərbaycanın ən çox sevilən filmlərindən olan “O olmasın, bu olsun”x9ddan danışacaq. 1956-cı ildə rejissor Hüseyn Seyidzadə tərəfindən lentə alınan, bu gün də hamımızın sevə-sevə baxdığımız, özündə “göz yaşı içində gülüş”x9d konsepsiyasını lazımınca daşıyan, dövrün cahil insan və hüquqsuz fərd problemini çox böyük ustalıqla əks etdirən, Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun”x9d filmi el arasında “Məşdibad”x9d adı ilə də məşhurdur.
1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Filmin əsas uğuru rejissor Hüseyn Seyidzadənin dahi Üzeyir bəy ideyalarını, replikalarını ustalıqla qoruyub saxlaması oldu. Başqa uğur isə filmin aktyor heyətidir.
Gözdən qaçan iki detal
Filmdə gözdən qaçan iki detala diqqət edək. Biri filmin sonunda Gülnaz (Tamilla Gözəlova) qaçırılandan sonra Məşədi İbad (Əliağa Ağayev) qulluqçu Sənəmi yanına çağıraraq, qazının gəlməsini və kəbinin o arvadla kəsilməsini istəyir. Musiqi ilə Məşədi və ətrafdakılar tərəfindən verilən “razısan”x9d sualına Sənəmin (Barat Şəkinskaya) “hə... hə..”x9d deməsi əslində çox ağrılı səhnədir. Yəni, o, qulluqçudur. Rüstəm bəy onsuz da onu Gülnazdan sonra qovacaq. Nə etməli? Onun fikrini belə soruşmadan qazıya xəbər yollayan nataraz Məşədi ilə evlənməmək şansı varmı? Burada razı olub-olmaması qədər mənasız bir suala ağrılı şəkildə “hə, hə”x9d deməklə çox mətləbləri açır.
İkinci kiçik epizod isə Adil İsgəndərovun cəmi bir neçə saniyənin içində oynadığı qoçu Balaqədeş obrazıdır. Fikir verin, o kimə qarşı çıxır?- Qoçu Əsgərə (Möhsün Sənani) qarşı. Bəs özü kimdi-qoçu. Deməli, iş nə yerə çatıb ki, bir tərəfdə haqq-ədaləti pozan bir qoçu, o biri tərəfdən ədaləti bərpa etmək istəyir. (Sənə rəhmət, Üzeyir bəy, kiçik detalda nə böyük həqiqətlər gizlənib...)

Mirzə Babayev və Məşədi İbad
Filmdə Məşədi İbadı əslində müğənni Mirzə Babayev oynamalı imiş. Teatrda Məşədi İbadı ustalıqla oynamış Mirzağa Əliyev dünyasını dəyişdikdən sonra rejissor bu rola kimi çəkəcəyini bilmir. Müğənni Mirzə Babayev sınaq çəkilişlərinə dəvət edilir. Rejissor tərəfindən bəyənilsə də, Bədii Şura onu peşəkar aktyor olmadığı üçün bu filmə dəvət etmir. Baxmayaraq ki, müğənni buna qədər bir neçə filmə çəkilmişdi. Rejissor ona qəti “yox”x9d demir. Bu məqamda Hüseyn Seyidzadənin heç ağlından keçməyən bir aktyor Əliağa Ağayev sınaq çəkilişlərinə gələrək özü rejissordan sınanmasını xahiş edir. Əliağa Ağayevi sınaq çəkilişlərində bəyənir və filmə dəvət edirlər. Mirzə Babayev də işsiz qalmır. Belə ki, filmdə Məşədi İbadın oxuduğu musiqiləri o səsləndirir.
Bəs Rəşid Behbudov?
Sərvəri də əslində Arif Mirzəquliyev yox, böyük müğənni Rəşid Behbudov oynamalı imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R.Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”x9d. O zaman Behbudovun yaşı 40-a çatırdı.
Kino-kuryoz
Film haqqında rejissora Moskvadan göndərilən məktubda onun ta Yaponiyada maraq doğurduğu bildirilir. Filmi ümumilikdə 40 ölkə alır.
Nə qədər maraqlı olsa da Azərbaycan kinosunun əsas obrazlarından olan Məşədi İbadı bəzi mütəxəssislər yamaq obraz adlandırırlar. “Məşədi sadəcə filmdə yoxdur”x9d deyə rola qiymət verirlər.
Məşədi İbdadın ətrafındakı adamlaırn ikinci dəfə kütləvi şəkildə pul almalarını rejissorun kobud səhvi kimi qeyd edirlər. Guya kütləvi pul paylama bir dəfə olubsa bəs idi. İkincidə artıq ikrah yaradır.
Hamam səhnəsi kobud və naqis, hətta iyrənc səhnə adlandırılıb.
Məşhur Rac Kapur filmə baxandan sonra H.Seyidzadəni ölkəsinə dəvət edib. “Hindistana gəl, səni milyonçu edim”x9d deyib. Lakin rejissor təklifi qəbul etməyib.
Qeyd: Yazıda Ulduzə Qaraqızının "Azərbaycan kino tarixindən" kitabından, Mədəniyyət televiziyasının rejissor Hüseyn Seyidzadəyə həsr etdiyi sənədli filmdən, Mirzə babayevin xatirələrindən istifadə edilib
Elmin Nuri


































































































