“Rus təyyarəsinin vurulması Moskvanı şoka salıb”x9d

“Rus təyyarəsinin vurulması Moskvanı şoka salıb”x9d

Hazırda oxunan: “Rus təyyarəsinin vurulması Moskvanı şoka salıb”x9d
108462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay Moderator.az saytı və “Hürriyyət”x9də açıqlamasında Türkiyə-Rusiya qarşıdurması və bu qarşıdurmanı doğuran səbəbləri şərh edib:

 

“Turkiyə-Rusiya çəkişməsi zamanın tələbi və hökmÅ«dÅ«r. Bu, gec-tez baş verməli idi, illərlə yetişirdi. Və buna bir təsaduf, kiminsə gunahı, ya süni ara qatması kimi baxmaq səhvdir. Bu çəkişmə dÅ«nya duzənindəki böyÅ«k tarixi haqq-ədalət pozuntusu bərpası Å«çÅ«n labÅ«d idi. Ulu tÅ«rk dÅ«nyası Å«zərində illərin, əsrlərin cılıız rus hegemenluguna son verilməsi uçun labÅ«d idi.


Və bu sonun da başlangıc start anını verəcək bir insident olmalı idi. Beləliklə, TÅ«rkiyə qırıcısının rus bombardman uçagını vurub salması sadəcə səbəbdir. Amma, bu sadə saydlğımız səbəb-insidentin, həm də çox da uzaga qalmayacaq perspektivdəki mÅ«tləq tÅ«rk-rus yeni dÅ«zəni dəyişiminin başlangıcı kimi tarixə dÅ«şə biləcəyi ehtimalını da yaddan çıxarmayaq.


Baş vermiş insident Moskvanı şoka salıb. Ona gorə yox ki, bu gözlənilmirdi. Ona görə ki, rus lideri Putin bunu gözləmirdi. Moskva, bÅ«tÅ«n postsovet məkaninda hər cÅ«r formada həmlələr edib, ortanı qarışdırmadıgı yer qoymamışdı. Putin bu "ugurlardan" xəstələnib reallıq hissini itirmişdi. Bununla kifayətlənməyib artıq xaricə, hətta NATO məkanina əl uzatmağa başlamışdı.Təbii, belə getməzdi, qarşısı alinmalı idi.

 

Qeyd edək ki, əslində bu gün aparılan müharibə “urra-ritorikası”x9dna rəğmən, Moskva rejiminə heç, müharibə lazım da deyil. Hara baş vursa, çox güclü əks-Qərb qütbü ilə üzləşdiyindən hər hansısa müharibəni tam udmaq şansı sıfırdır. Həm də müharibə aparmaq üçün iqtisadi resurs-potensial da kifayət etmir. Putinə öz ölkəsində bu saat müharibə yox, müharibə durumu, əhval-ruhiyyəsi lazımdır. Sosial çıxılmazdakı ac  camaatını hər dəfə bir yeni hadisə ilə emosional qidalandırması lazımdır.  

 

İndi, Putin gözləmədiyi türk zərbəsindən ayılib başa duşub ki, TÅ«rkiyənin timsalında ən namÅ«nasib dövlətlə qarşı-qarşıya qalıb. GÅ«clÅ« hərbi potensialı, çoxmilyonlu vuruşqan əsgəri sayı, NATO, islam dÅ«nyası, dünya tÅ«rk birliyi kimi güclü arxalara söykənən, çoxəsrlik oturuşmuş dovləti, hətta imperiya mərkəzi kimi təcrÅ«bəsi olan nahəng ölkə ilə Å«z-Å«zə qalıb.


Təbii ki, iki böyÅ«k dövlət hər belə insidentə görə dərhal pencəyini soyunub gÅ«ləşməyə girişməzlər. Diplomatik və sair yollarla hikkələr yatırılacaq. Münasibətlərdə yumşalmalar, qarşılıqlı faydalı əlaqə və mübadilələr baş verə biləcək. Zamanın məlhəmi ilə bu yaranın Å«stÅ« qərtməklənib hamarlanacaq. Amma, altı əsla yox. Çünki türk-rus arasında tarixi ədalətsizlik çatları dərindir, aralarında bölünəcək çox şey var. Bunlar da, hər şeyə hakim zamanın hokmü ilə öz həllini tapacaq”x9d.

 

İ.Altayın sözlərinə görə, Azərbaycanın taleyi məsələsinə həssaslıqla yanaşmalı və bu məsələni diqqət mərkəzində saxlamalıyıq: “Bizim üçün isə, bu məsələdə ən vacib Azərbaycanımızın bu aradakı taleyidir. Təbii ki, Azərbaycan türkü olaraq həm haqq-ədalət, həm soydaş qardaşlığı baxımından bu məsələdə Türkiyənin yanında yer alırıq. Bu dövlətin yaradılmasında yardımçımız olmuş qardaş Türkiyənin bu münaqişədə üstün olmasının, ən azı Rusiya-İran-Ermənistan təsirindən qurtulmaq baxımından təəssübünü çəkirik.

 

Mətbuatın, insanlarımızın fikrində bütün bu türk qardaşlığı təəssübkeşliyi birmənalı və mütləqdir. Bəzi ictimai-siyasilərimizin bu məsələdə rusiyayönlü mövqeyi isə, yəqin ki, dövlətçiliyimizin təhlükə altına düşə bilməsi narahatçılığına görədir. Və daxildə heç şübhəsiz, onlar da qardaşlıq təəssübünü bölüşürlər. Bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətinin açıq, birmənalı mövqeyidir.

 

 

Amma burda Azərbaycan dövləti mövqeyi məsələsi də var. Bunun da hər bir ölkədə olduğu kimi vətəndaş cəmiyyəti mövqeyi ilə tam üst-üstə düşməyə bilməsi mümkündür. Vətəndaş və dövlət təmsilçisi status və məsuliyyətləri fərqlidir. İstənilən dövlət ranqlısı mövqeyinin vətəndaşdan üstün olduğu qədər də, zəif tərəfləri var. Belə ki, dövlət rəsmisi bəzən həqiqəti, ürəyindən keçən fikir və mövqeyini açıq bildirmək imkanında məhduddur. Məcburdur ki, xüsusən də xarici siyasət addımlarını ehtiyatla ölçüb-biçib, yerində atsın.

 

Dövlət təmsilçisi üzərində məsuliyyət hissi böyükdür. Çünki, dövlətin yerində və vaxtında atmadığı bir addım bütün ölkəyə fəlakət gətirə bilər. Fikir və istəyində məsuliyyət yükü olmayan vətəndaşın hissiyata qapılıb tələb etdiyini dövlət rəsmisi etsə, bu addım sabah dövlətə böyük xələl gətirsə, ilk növbədə elə vətəndaş onu qınayacaq: mən deyirdim, sənə nə olmuşdu, yuxarıda oturub hər şeyi daha yaxşı görüb bilmək dövlət imkanları məndə idi yoxsa səndə? Və tam əminliklə demək olar ki, bu gün müxalif mövqedəki istənilən ictimai-siyasi lider vətənpərvər mövqedən hər hansı, hissiyatlar oyadan kəskin bəyanatlar veririsə, hakimiyyətə gəlsə qətiyyən verməz və təmkinli mövqeyə keçər.

 

Demək olar ki, bütün ölkələrdə milli mənafe addımlarına yanaşmalarda vətəndaş cəmiyyəti ilə dövlət arasında həmişə diskussiyalar gedir. İstər ABŞ, Almaniya olsun, istərsə Rusiya. Məsələn, bu saat Rusiya cəmiyyəti mətbuat və televiziyada Türkiyəyə qarşı hətta müharibə tələbi ilə kəskin çıxışlar edir. Ancaq prezident Putin və komandası bu məsələdə təmkinli, müharibəsiz mövqedədir. Və heç bir müharibə də baş verən deyil, əslində”x9d.

 

Politoloqun qənaətincə, hazırda Azərbaycan Türkiyə və Rusiya arasındakı konflikt dairəsində yerləşir və vəziyyəti mürəkkəbdir: “Bu gün Azərbaycanımız böyük qardaş Türkiyə ilə, nəhəng və təhlükəli Rusiya arasındakı konflikt məkanında yerləşir. Açıq deyək ki, bu kimi nəhəng ölkələrin hətta dəfələrlə vuruşub-barışıb öz yollarına davam etməsi mümkündürsə, bizim yenicə ayağa durmaqda olan, onsuz da böyründəki erməni düşmənlə müharibə şəraiti yaşayan, dünya güclərinin kəsişmə-dartışma nöqtəsində yerləşən dövlətimiz belə konflikt təlatümləri yaşamaq üçün kövrəkdir və bundan böyük itkilərlə çıxa bilər.

 

Ona görə də, düşünürəm ki, baş vermiş Türkiyə-Rusiya münaqişəsində dövlətimizin mövqeyinin bir vətəndaş cəmiyyəti kimi, tutduğumuz milli-vətənpərvər mövqeyinə kopiya edilməsi gözləntisi və tələbində ehtiyatlı olmalıyıq. Dövlət xüsusi bir aparatdır, nahəng ağır maşındır, ürəyimiz istəyən kimi idarə etsək, kəskin dönüşlər etsək aşa bilər.   


Dövlətin, hamımızın ümid və sığınacaq ocağının varlığının qorunması, onun baş verən təlatümlərin, odun alovun içindən salamat saxlanması ən böyük milli mənafe mücadiləsidir”x9d.

 

Seymur Əliyev  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO