BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

Hazırda oxunan: BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

599862

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplanması məqsədilə təşkilata üzv dövlətlərə müraciət edib.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb.

“BMT humanitar təşkilatların Türkiyədəki fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi məqsədilə 1 milyard dollar toplamaq üçün təcili müraciət edib”, - məlumatda deyilir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq, onlara kömək göstərmək lazımdır.

Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Vəsait yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.

Mənbə: gazeta.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO