"Pişik" Günel: "TikTok"dan 15 günə 10 min pul qazanıram" - VİDEO 

Hazırda oxunan: "Pişik" Günel: "TikTok"dan 15 günə 10 min pul qazanıram" - VİDEO 

81967

"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova "TikTok" sosial şəbəkə platformasından gələn qazancını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, son günlər səhnələrdən çox sözügedən sosial şəbəkədə aktivlik nümayiş etdirən sənətçi "MTV maqazin" verilişinə müsahibəsində digər məşhurlar kimi orada "qaz vurub, qazan doldurduğunu" söyləyib.
 

"TikTok"da açdığım canlı yayımlardan 7000-10.000 arası pul qazanıram. Həftəyə 15.000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu yalandır. O dediyim rəqəmi də bir həftə yox, hardasa on beş günə qazanıram". 


Qeyd edək ki, bir müddət əvvəl aktrisa Pərvin Abıyeva "Bir aya 36.000 dollar pul qazanıram" açıqlaması ilə gündəmə damğa vurmuşdu. 

Rəşad Əliyev, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO