Zubir üstündə qırğın düşdü - "Onu alın, İstanbula gətirin"

Hazırda oxunan: Zubir üstündə qırğın düşdü - "Onu alın, İstanbula gətirin"

127375

“Qalatasaray” azarkeşləri “Qarabağ”ın legioneri Abdullah Zubiri çox bəyənib.

Bizim.Media xəbər verir ki, dünən baş tutan xeyriyyə matçında özünü yaxşı tərəfdən göstərməyi bacaran futbolçu türkiyəli fanatların sevimlisinə çevrilib.

Təsadüfi deyil ki, matç bitincə İstanbul klubunun fanatları fransalı futbolçunun İnstagram səhifəsinə “hücuma keçərək” onu “Qalatasaray”a keçməyə səsləyib.
Hətta bəzi azarkeşlər klub rəhbərliyinə müraciət edərək “Zubir Azərbaycanın Məhəmməd Salahıdır, onu alıb gətirin” yazıblar. 

Futbolçunun sosial şəbəkədəki hesabında “Qarabağ” azarkeşləri də şərhlər yazıb, Zubiri heç yana buraxmayacaqlarını bildiriblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO