Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin hesabatına istinadən verilən məlumata görə, Çin Rusiya ərazisindən yan keçməklə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropa ilə yük dövriyyəsinin həcmini artırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, sözügedən strateji marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir.
Ukrayna kəşfiyyat qurumunun rəsmi açıqlamasında qeyd olunub:
"Bu dəhliz üzrə loqistika Rusiya vasitəsilə həyata keçirilən tranzitlə müqayisədə daha mürəkkəb hesab olunur. Çünki o, dəmir yolu daşımalarını, liman infrastrukturunu, bərə keçidlərini və bir neçə dövlət arasında mövcud olan mürəkkəb gömrük prosedu...