
- A-
- A
- A+
Günün videosu
23:16 / 29.05.2026
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna iri gövdəli ağac aşdı – VİDEO
Hazırda oxunan: Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna iri gövdəli ağac aşdı – VİDEO
616155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda müşahidə olunan hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, xəbərdarlıqda deyilir:
“Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.
Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































