ABŞ-ın strateji neft rezervinin (SPR) həcmi 2024-cü ilin aprel ayından bəri qeydə alınan ən minimum səviyyəyə enib.
Bizim.Media xəbər verir ki, ABŞ Energetika Nazirliyinin ötən həftənin sonuna olan məlumatlarına əsasən, "CNN" tərəfindən aparılan hesablamalar göstərir ki, strateji rezervdəki neft və neft məhsullarının həcmi hazırda 1,584 milyard barrel təşkil edir və azalmaqda davam edir.
Müqayisə üçün qeyd edək ki, ölkənin strateji anbarlarındakı ehtiyatlar sonuncu dəfə 1,5 milyard barrel həddindən aşağı 2003-cü ilin martında düşmüşdü.
İranla müharibənin başlamasından bəri rezervdəki neftin həcmi təxminən 10% azalıb. "S&P Global Energy" agentliyinin qeyd etdiyi kimi, Hörmüz boğazının blokadası səbəbindən qlobal neft bazarı 1,2 milyard barrel xam neftdən məhrum olub. Bu kəsiri kompensasiya etmək üçün təkcə ötən həftə ABŞ-ın strateji ehtiyatlarından bazara 9,1 milyon barrel neft çıxarılıb.
Ekspertlər vurğulayırlar ki, hətta Vaşinqton və Tehran arasında sülh sazişi imzalansa belə, bazarda vəziyyətin normallaşması üçün zaman lazım olacaq.
"RBC Capital Markets"in analitiki Helima Kroft "CNN"ə verdiyi şərhdə problemin miqyasını açıq şəkildə təsvir edib:
"Hətta saziş sabah bağlansa belə, boğazdakı tıxacların və maneələrin aradan qaldırılması üçün yəqin ki, altı həftə tələb olunacaq. Bu isə yay mövsümündə tələbatın pik həddə çatdığı bir vaxtda mövcud ehtiyatlar üzərindəki təzyiqi daha da artıracaq".
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:40 / 31.05.2026
ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb
Hazırda oxunan: ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb
Hazırda oxunan: ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb
616403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































