Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

Hazırda oxunan: Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

616396

Oliqarx Samvel Karapetyanın "Güclü Ermənistan" bloku seçkiyə bir həftə qalmış panikaya düşüb.

Seçicilərin səsvermə meyllərini əks etdirən son məlumatları təhlil edən Karapetyanlar "Vətəndaş Müqaviləsi" partiyasından xeyli geri qaldıqlarını anlayıblar. Bu səbəbdən də kifayət qədər rüsvayçı və çirkin bir yola — cəmiyyətdə qorxu və nifrət hissləri ilə oynamağa əl atıblar.

Bizim.Media xəbər verir ki, belə ki, sosial şəbəkələrin erməni seqmentində qısa bir videoçarx yayılmağa başlayıb.

Videonun təsvirində isə bu sözlər yazılıb:

"Ya seçkilərə gələrsən, ya da azərbaycanlılar gələr".

Sözügedən videoda polis əməkdaşının döyülmüş bir gənci həbs etdiyi, yanında isə asayiş keşikçisinə şikayət edən atasının olduğu görünür. Sonra gənci maşının arxa oturacağına əyləşdirib aparırlar.

Bu "dahi şedevr" süni intellekt vasitəsilə hazırlanıb. Normal bir təşviqat kampaniyası düşünmək üçün karapetyanların öz real intellektləri, görünür, yetərli olmayıb.

Xatırladaq ki, bir qədər əvvəl Samvelin qardaşı oğlu Narek Karapetyan ağıllı bir görkəm alaraq Azərbaycanla sülhün qaçılmaz, Ermənistanın "normal qonşu" kimi davranmalı olduğunu və bu sülhün zəmanət altına alınmasının vacibliyini bəyan edirdi. Yəni, sözdə danışıqlar, sülh və dövlət müdrikliyindən dəm vururlar, əməldə isə "azərbaycanlılar sizi məhv edəcək, onlar düşməndir, xilas olun" tezisi ilə qorxu yayırlar.

Karapetyanlar blokunun nümayiş etdirdiyi bu ikiüzlülük yəqin ki, artıq heç kəsi təəccübləndirmir.

Üstəlik, onlar özlərini elə özləri ifşa edirlər: əvvəlcə bir şey deyir, sonra isə tam əksini edirlər. Məsələn, Samvel son səfəri zamanı bu barədə ciddi şəkildə dilə gəlmişdi.

Ortaya belə bir mənzərə çıxır: iddialı adla çıxış edən "Güclü Ermənistan" seçkilərə bir həftə qalmış adi "küçə şantajı" səviyyəsində təşviqata enib. Zəif proqram və inandırıcı arqumentlərin yoxluğu qarşısında yeganə yol "seçicini azərbaycanlılarla qorxutmaq" qalıb.

Bu cür təşviqat blokun real simasından xəbər verir. Siyasi qüvvə insanları nifrət vasitəsilə səfərbər etməyə çalışırsa, bu, onun normal platformasının olmadığının etirafıdır. Karapetyanlar yeni iş yerlərindən, regionların inkişafından, investisiyalardan, yollardan və sosial siyasətdən danışa bilərdilər. Lakin bunun əvəzinə onlar bəsit və ucuz bir süni intellekt videosu təqdim etdilər.

Məsələnin ən absurd tərəfi odur ki, münaqişə başa çatdıqdan sonra məhz Azərbaycan ardıcıl olaraq sülh gündəliyini irəli sürüb və bunu konkret addımlarla təsdiqləyib. Bakı münasibətlərin normallaşdırılmasından, kommunikasiyaların açılmasından danışaraq Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Azərbaycan ərazisindən Ermənistana yanacaq və digər mühüm yüklərin daşınması prosesi başlayıb.

Üstəlik, ötən müddət ərzində Azərbaycan Karapetyanlar blokunun hazırda yaydığı isteriyaya əsas verəcək heç bir addım atmayıb. Əksinə, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində sülhün təşviqi, birbaşa təmaslar və etimadın möhkəmləndirilməsi məqsədilə görüşlər keçirilib. 2026-cı ilin aprelində Ermənistan nümayəndə heyəti quru sərhədi vasitəsilə Azərbaycana gəlib, müvafiq sərhəd prosedurlarından keçərək növbəti ikitərəfli dəyirmi masada iştirak edib və sağ-salamat geri qayıdıb.

Karapetyanlar isə erməni cəmiyyətini Azərbaycanla qorxutmağa, təşviş yaratmağa və insanların qorxularını daxili siyasi mübarizədə əlverişli seçki alətinə çevirməyə davam edirlər.

"Güclü Ermənistan"ın real səviyyəsi məhz budur. Adları böyük, metodları isə zəifdir.

Karapetyanların lap əvvəldən nə güclü siyasi konstruksiyası, nə aydın proqramı, nə də cəmiyyətlə dürüst danışmaq bacarığı olub. Onlar özlərini hakimiyyətə alternativ kimi satmağa çalışsalar da, real olaraq erməni siyasətini dibə vururlar. Seçiciyə təşvişdən başqa təklif edə biləcəkləri heç bir şey yoxdur. Güclü siyasət məsuliyyət, soyuq qan və reallığı dərk etməyi tələb edir.

Qısası, iyunun 7-ni və bu uğursuzluğun nəticələrini gözləyirik. Çox güman ki, həmin nəticələrdən sonra "Güclü Ermənistan"ın növbəti isteriyası başlayacaq: "hər şeyi saxtalaşdırdılar, seçkilər qanunsuz keçdi, xalqı aldatdılar, əslində isə biz qalib gəlmişdik". (Mənbə: Day.az)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO