BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya...

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya...

Hazırda oxunan: BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya...

616229

Azərbaycan BMT qarşısındakı müntəzəm büdcə öhdəliklərini vaxtında yerinə yetirən ölkələr sırasına daxil olub.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, 2026-cı il mayın 28-nə olan məlumata görə, ümumilikdə 111 üzv ölkə BMT-nin müntəzəm büdcəsinə nəzərdə tutulan ödənişləri tam həyata keçirib.

BMT-nin açıqladığı siyahıya əsasən, Azərbaycan ödənişi müəyyən olunmuş müddətdə edən 55 ölkə arasında yer alıb.

Məlumata görə, Azərbaycanın BMT-nin müntəzəm büdcəsinə ödədiyi məbləğ 1 milyon 81 min 698 ABŞ dolları təşkil edib. Son ödəniş 2026-cı il yanvarın 22-də həyata keçirilib.

Vaxtında ödəniş edən ölkələr sırasında Almaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Polşa, Qazaxıstan və digər dövlətlər də yer alıb.

Siyahıda ən yüksək ödənişlərdən biri Almaniyaya məxsus olub - 182,2 milyon dollar. Böyük Britaniya 127,9 milyon, Kanada isə 81,4 milyon dollar ödəyib.

Qeyd edək ki, BMT-nin müntəzəm büdcəsi təşkilatın əsas fəaliyyət istiqamətlərinin, proqramlarının və inzibati xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO