TƏBİB-də yeni TƏYİNATLAR – FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.
Bizim.Media xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Erkin Rəhimov
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.
E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.
2012-2014-cü illərdə "İstanbul...