Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Uzun müddətdir təmir gözləyən yol əsaslı şəkildə yenidən quruldu. Ancaq bir müddət sonra yenidən bəzi hissələri təmir işləri üçün qazıldı və bərpa edilmədi.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Gəncənin Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsindəndir.
Yoldan müntəzəm istifadə etmək məcburiyyətində olan sürücülər, xüsusən də ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olanlar vəziyyətlə bağlı daha çox narahatlıq keçirirlər.
Məsələ ilə əlaqədar Gəncə İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yol əsaslı şəkildə asfaltlanaraq təmir edilib.
Müəyyən yerlərdə aparılmış qazıntı işlərini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirdiyindən as...