Binəqədi-Balaxanı yolunda çuxurlar maşınları sıradan çıxarır - VİDEO

Binəqədi-Balaxanı yolunda çuxurlar maşınları sıradan çıxarır - VİDEO

Hazırda oxunan: Binəqədi-Balaxanı yolunda çuxurlar maşınları sıradan çıxarır - VİDEO

608025

Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.

Bizim.Media ATV-yə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, problem qısa zamanda həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.

Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yolda yaranan çuxurlar avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur. Sürücülər deyirlər ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız vəziyyətdə olması uzun tıxaclara gətirib çıxarır.
 

Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.

Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir. Əlavə olunub ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən gecə saatlarında, həmçinin həftəsonu və bayram günlərində icra olunur.

Qurum rəsmisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə həmin əraziyə yeni asfalt örtüyü çəkiləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO