“ABŞ-a hücum etmək niyyətində deyiləm”

“ABŞ-a hücum etmək niyyətində deyiləm”

Hazırda oxunan: “ABŞ-a hücum etmək niyyətində deyiləm”

607998

Kolumbiya Prezidenti Qustavo Petro Donald Tramp administrasiyasının Latın Amerikası ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyəcəyi təqdirdə, regionda “üsyan” baş verəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, Kolumbiya lideri bu barədə El País qəzetinə müsahibəsində danışıb.

Jurnalistin dünyanın neokolonializm dövrünü yaşayıb-yaşamadığı ilə bağlı sualını cavablandıran Petro ABŞ-ın ikili standartlar tətbiq etdiyini və təzyiq üsullarının tarixi ispan ekspansiyası ilə müqayisə oluna biləcəyini deyib.

“OFAC siyahısına salındığım vaxt başa düşdüm ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə aləti artıq siyasi xarakter daşıyır. Bu, fərqli siyasət yürüdənlərə qarşı şantaj mexanizmi kimi istifadə olunur”, - deyə Kolumbiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Vaşinqton “qara siyahılar” və sanksiyalar vasitəsilə özünə sərf etməyən rejimlərə təzyiq göstərir, ölkələri iqtisadi təcrid və hətta Venesuela ssenarisi üzrə hərbi müdaxilə ilə hədələyir.

“Bu, bir neçə əsr əvvəl İspaniya kralının qurduğu sistemə bənzəyir. Latın Amerikasının buna cavabı nə olmuşdu? Üsyan. ABŞ hökuməti Latın Amerikası ilə münasibətlərinə yenidən baxmasa, indi də eyni şey baş verəcək”, - deyə Petro vurğulayıb.

Kolumbiya lideri 2026-cı ilin əvvəlində Karakasın bombalanmasını da bütün qitə üçün tarixi travma adlandırıb.

“Karakas tarixdə bombalanan ilk Latın Amerikası şəhəridir, hətta Panama belə bombalanmayıb. Bu, elə bir yara açıb ki, indiki hakimlər buna qorxu ilə yanaşır və baş əyirlər”, - deyə o qeyd edib.

Petro, həmçinin ABŞ-ın Kolumbiyaya qarşı mümkün hərbi təzyiqi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, əvvəlki ziddiyyətlərə baxmayaraq, Donald Trampla münasibətləri yaxşı olaraq qalır.

“Mən ABŞ-a hücum etmək niyyətində deyiləm və görünür, Trampın da Kolumbiyanı narahat etmək fikri yoxdur. Son vaxtlar onunla iki dəfə danışmışam. Görüşümüz Kolumbiya və mənim haqqımda formalaşdırılmış bəzi yalan stereotipləri dağıtdı”, - deyə Kolumbiya Prezidenti əlavə edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO