Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Hazırda oxunan: Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

607687

Xəbər verildiyi kimi Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızı yol hərəkəti qaydalarını pozub. Qayda pozuntusu ilə bağlı görüntüləri jurnalist İlhamə Əli özünün Facebook hesabında paylaşıb. 

Məlum olur ki, İ.Xuduqızı azyaşlını avtomobilin ön oturacağında əyləşdirərək hərəkət edir. Azyaşlı qızın təhlükəsizlik kəməri taxmaması, İ.Xuduqızının sükandan əlini çəkərək rəqs etməsi də diqqəti çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO


Onun azyaşlının həyatını təhlükəyə ataraq video çəkməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön sərnişin oturacağında aparılması qadağandır və inzibati məsuliyyət yaradır.

Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev Bizim.Media-nı sorğusuna cavab olaraq bildirib ki, azyaşlını avtomobilin ön oturacağında daşımaqla kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı sosial mediada yayımlanan məlumat əsasında araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qayda pozan sürücü Əliyeva İlahə Xudu qızı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların dəfələrlə ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO