Kiyevdə polislər atışma zamanı hadisə yerindən qaçdı - VİDEO

Kiyevdə polislər atışma zamanı hadisə yerindən qaçdı - VİDEO

Hazırda oxunan: Kiyevdə polislər atışma zamanı hadisə yerindən qaçdı - VİDEO

608058

Ukraynada Kiyevdə baş vermiş terror aktı zamanı hadisə yerindən uzaqlaşan polislərin hərəkətləri ilə bağlı xidməti araşdırma aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

RBC-Ukraina-nın yaydığı xəbərə görə, sosial şəbəkələrdə yayılan kadrlarda patrul əməkdaşlarının atəş səslərini eşidəndən sonra ərazidən uzaqlaşdığı görünür.
 

Bildirilib ki, polis əməkdaşları mülki şəxsləri, o cümlədən bir uşağı müdafiəsiz vəziyyətdə qoyublar. Kadrlarda terrorçunun bir kişiyə atəş açdığı, azyaşlı oğlanın isə hadisə yerindən qaçmağa çalışdığı da əks olunub.


Klimenko bildirib ki, artıq Ukrayna Milli Polis rəisi İvan Vıqovskıya bu hadisə ilə bağlı xidməti araşdırma aparılması tapşırılıb.

Nazirin sözlərinə görə, araşdırmanın nəticələri və qəbul olunacaq qərarlar qısa müddətdə ictimaiyyətə açıqlanacaq. O əlavə edib ki, yoxlama müddətində həmin polis əməkdaşları xidməti vəzifələrinin icrasından kənarlaşdırılıb.

Xatırladaq ki, aprelin 18-i axşam saatlarında silahlı şəxs Kiyevin Qolosiiv rayonunda yoldan keçən insanlara atəş açıb. Məlumata görə, o, bundan əvvəl öz mənzilini yandırıb.
 

Daha sonra həmin şəxs içərisində insanların olduğu “Velmart” supermarketinə daxil olaraq barrikada qurub. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb, danışıqlar aparan əməkdaşlar isə təxminən 40 dəqiqə ərzində onunla əlaqə yaratmağa çalışıblar.


Terrorçu girovlardan birini öldürdükdən sonra xüsusi təyinatlılar supermarketə hücum ediblər. Atışma zamanı silahlı şəxs polisə atəş açıb və zərərsizləşdirilib.

Ukrayna hüquq-mühafizə orqanları onun hərəkətlərini terror aktı kimi qiymətləndirib. Hadisə nəticəsində 6 nəfərin öldüyü, 10-dan çox insanın isə yaralandığı bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO