Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində yazıb.
"Növbəti həftə Bakı şəhərlərin gələcəyi, mənzil sahəsi və dayanıqlı şəhər inkişafı məsələlərinə qlobal diqqətin cəlb olunmasında mühüm rol oynayacaq", - o yazıb.
A.Rossbax, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə WUF13-ün hazırlığına göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil o...