Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı
“Bu, Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyimiz artıq üçüncü ultramarafondur. Bilirsiniz ki, ilk dəfə yarış Xankəndidən start götürmüşdü, son iki ildə isə finişi yenə Xankəndidə edirik. Məsafə 192 kilometrdir və iştirakçılar bu yolu 4 gün ərzində qət edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib.
“İştirakçıların yarıdan çoxu azərbaycanlılardır. Bu, ölkəmizdə ultramarafonçuların sayının artması baxımından sevindirici haldır.
Yarışa artıq 6 ölkədən nümayəndələr qatılıb. İştirakçıların təxminən 25 faizini qadınlar təşkil edir. Artıq finişə çatan ilk idm...