Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

Hazırda oxunan: Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

641588

“Bu, Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyimiz artıq üçüncü ultramarafondur. Bilirsiniz ki, ilk dəfə yarış Xankəndidən start götürmüşdü, son iki ildə isə finişi yenə Xankəndidə edirik. Məsafə 192 kilometrdir və iştirakçılar bu yolu 4 gün ərzində qət edirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib.

“İştirakçıların yarıdan çoxu azərbaycanlılardır. Bu, ölkəmizdə ultramarafonçuların sayının artması baxımından sevindirici haldır.

Yarışa artıq 6 ölkədən nümayəndələr qatılıb. İştirakçıların təxminən 25 faizini qadınlar təşkil edir. Artıq finişə çatan ilk idmançıları gördük, onların hər birini təbrik edirəm. Azad olunmuş torpaqlarımızda gerçəkləşən bu növbəti idman bayramı münasibətilə hər kəsi təbrik edirəm”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO