Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırır.
Bu barədə Bizim.Media-ya DDLA-dan məlumat verilib.
"Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq. Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların apa...