Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Hazırda oxunan: Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

625544

Yağıntılı hava üzüm bağlarında göbələk mənşəli xəstəliklərin yayılmasını sürətləndirib.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, salyanlı bağ sahibləri bildirirlər ki, salxımlar zədələnib, yarpaqlarda ləkələr əmələ gəlib. Bu isə məhsuldarlığı azaldıb, həm də satış üçün toplanan üzüm yarpaqlarının keyfiyyətinə mənfi təsir göstərib.

Təsərrəfat sahiblərinin sözlərinə görə, bağların dərmanlanması da qiymətlərin yəksək olması səbəbindən çətinləşib.
 

Məsələ ilə bağlı Salyan Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Vidadi Cəfərov bildirib ki, yaranmış vəziyyət əsasən uzunmüddətli yağışlı və rütubətli hava şəraiti ilə əlaqədardır.


Onun sözlərinə görə, xəstəliklərə qarşı vaxtında dərmanlama işlərinin aparılmalı, aqrotexniki qaydalara əməl edilməlidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO