35 yaşında vəfat edən məşhur aktrisa Deyvi Çeyzin geridə təxminən 400 min dollar dəyərində miras qoyduğu məlum olub.
Bizim.Media xəbər verir ki, lakin aktrisanın vəsiyyətnamə hazırlamaması onun əmlakı ilə bağlı hüquqi prosesin başlamasına səbəb olub.
Deyvi Çeyz ölümündən əvvəl Los-Ancelesdə evsiz, küçələrdə yaşayırdı. Atasının açıqlamasına görə, aktrisa yeniyetmə yaşlarından narkotik asılılığı ilə mübarizə aparıb.
Los-Anceles Ali Məhkəməsinə təqdim edilən sənədlərə əsasən, Çeyzin təxminən 400 min dollar dəyərində şəxsi aktivləri olub. Lakin onun adına heç bir daşınmaz əmlak qeydə alınmayıb.
Aktrisanın anası Keti Çeyz məhkəməyə müraciət edərək, qızının mirasının icraçısı təyin olunmasını istəyib. Məhkəmə sənədlərində ananın mirasın qorunması, kreditorlarla bağlı məsələlərin həlli, maliyyə hesabatlarının aparılması və aktivlərin siyahıya alınması kimi öhdəlikləri üzərinə götürəcəyi bildirilib.
Məhkəmə məlumatlarına görə, Deyvi Çeyz iyunun 16-da Los-Ancelesdə vəfat edib. Aktrisanın heç vaxt evlənmədiyi və övladının olmadığı qeyd olunur. Onun geridə valideynləri Keti Çeyz və Con Şvallier qalıb.
Çeyz uşaqlıq yaşlarından aktyorluq karyerasına başlayıb. O, “Lilo & Stitch” filmində Lilo obrazını səsləndirməsi və “The Ring” filmində Samara Morqan rolu ilə tanınıb.
Aktrisanın ölüm səbəbinin QİÇS olduğu, xroniki maddə istifadəsinin də ölümə təsir edən amillərdən biri olduğu bildirilib.
Anası Keti Çeyz qızının asılılıq probleminin 2016-cı ildə motosiklet qəzasından sonra istifadə etdiyi ağrıkəsicilərdən başladığını deyib. O, qızını heç vaxt tərk etmədiyini və onun müalicəsi üçün dəfələrlə cəhd etdiyini bildirib.
“Bir ana olaraq övladınızdan heç vaxt imtina etmirsiniz. Onun bir gün evə qayıdacağına ümid etməyi heç vaxt dayandırmamışam”, - deyə Keti Çeyz bildirib. (qafqazinfo.az)



Bizim.Media

- A-
- A
- A+
Dünya
08:53 / 16.07.2026
Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
Hazırda oxunan: Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
Hazırda oxunan: Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
625577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































