DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

Hazırda oxunan: DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

625572

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, finala gedən yolda son dünya çempionu Argentina millisi İngiltərə yığması ilə qarşılaşıb. “Mersedes Bens” stadionunda təşkil olunan görüş Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 55-ci dəqiqədə İngiltərə millisinin heyətində Antoni Qordon açıb. Argentinalılar əvvəlcə 85-ci dəqiqədə Enzo Fernandesin uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa ediblər. Qələbə qolunun müəllifi isə Lautaro Martines olub. 

Xatırladaq ki, hər iki qolun ötürməsini ABŞ-ın "İnter Mayami" komandasının hücumçusu Lionel Messi verib.

Beləliklə, Argentina millisi finalda İspaniyanın rəqibi olacaq. DÇ-2026-nın həlledici oyunu iyulun 19-da baş tutacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO