Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Hazırda oxunan: Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

625559

"Bu günə qədər ASAN-da 46 515 könüllü fəaliyyət göstərib və onlar 950-dən çox layihə həyata keçiriblər".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə müsahibəsində deyib.

Agentlik sədrinin sözlərinə görə, könüllülük proqramının əsas məqsədi gənclərin işlə təmin olunması deyil, onların təcrübə toplaması və gələcək karyeralarını qurmasıdır.
 

"Buna baxmayaraq, könüllülərin məşğulluğuna dəstək olmaq məqsədilə "ASAN kadr" platforması yaradılıb. Bu portal vasitəsilə indiyədək 3 450 könüllü işlə təmin edilib ki, onlardan da təxminən 1 000 nəfəri hazırda "ASAN xidmət" sistemində çalışır.


Vaxtilə könüllü kimi fəaliyyətə başlayan bir çox gənc hazırda qurumda şöbə müdiri, departament rəhbəri və ya digər qərarverici vəzifələrdə çalışmaqla yanaşı, həm dövlət, həm də özəl sektorda müxtəlif qurumlarda yüksək mövqelərə çatıblar", - deyə o bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO