Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Hazırda oxunan: Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

625580

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadratmetr olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10 kvadratmetr sahədə yanıb.

Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO