Rusiya SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi - FOTO
Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, iyulun 5-i axşam saatlarında Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi dron hücumuna məruz qalıb. Hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“SOCAR Energy Ukraine” şirkəti AZƏRTAC-a məlumatı təsdiqləyərək bildirib ki, üç ədəd “Şahed” tipli hücum PUA-sı Nikolayev vilayətinin Neçayane kəndində, Odeska küçəsi 2A ünvanında yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib.
Şirkətin məlumatına görə, qabaql...