Sabah Bakının bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sabah bir sıra ərazilərdə təmir-təftiş işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərişıq” məlumat yayıb.
Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin Hövsan qəsəbəsində saa...