Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən Bizim.Media -ya verilən xəbərə görə, FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bildirilib ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə ...