Bu gün Zəngilan Şəhəri Günüdür
Bu gün Azərbaycanda Zəngilan Şəhəri Günü qeyd olunur.
Bizim.Media xəbər verir ki, 6 il əvvəl, 2020-ci il oktyabrın 20-də, Vətən müharibəsinin 24-cü günü Zəngilan şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
Zəngilan şəhərinin və ətraf kəndlərin işğaldan azad olunması ilə bağlı xəbəri Prezident İlham Əliyev xalqa çatdırıb. Dövlətimizin başçısı deyib: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğa...