Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanaraq kül olub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:38 / 19.10.2026
DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı
Hazırda oxunan: DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı
Hazırda oxunan: DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı
643103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































