Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Hazırda oxunan: Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

643121

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan Azərbaycana gətirilmiş uşaqlarla bağlı həyata keçirilən reabilitasiya tədbirləri davam etdirilir.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, reabilitasiya proqramı çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların ölkəmizin tarixi, mədəniyyəti və təbiəti ilə yaxından tanış olmaları məqsədilə Qəbələ və Şəki rayonlarına ekskursiyalar təşkil edilib.
 

Ekskursiyalar zamanı uşaqlar Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyini, Tufandağ İstirahət Kompleksini və Qəbələnd Əyləncə Mərkəzini, Şəkidə isə Xan Sarayını ziyarət ediblər. Proqram iştirakçılarının yaxın günlərdə digər bölgələrimizə səfərləri də nəzərdə tutulub.


Qeyd edək ki, 10 günlük sosial reabilitasiya proqramına cəlb edilən uşaqlarla sosial-psixoloji dəstək və sosial adaptasiya istiqamətində iş aparılır.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO