Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Hazırda oxunan: Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

643098

Məşhur Volkswagen şirkətinin 660 min əməkdaşının 2030-cu ilə qədər maaş artımı olmayacaq. 

Bizim.Media xəbər verir ki, Almaniyanın ən böyük həmkarlar ittifaqı olan "IG Metall" bu barədə məlumat yayıb.

Belə ki, Volkswagen (VW) Qrupu işçiləri, həmçinin ölkənin metal və elektrik sənayesində çalışan təxminən 3,7 milyon işçi üçün 5% maaş artımı tələb edir.

Həmkarlar ittifaqı bildirib ki, bu qərar səbəbindən işçilərin alıcılıq qabiliyyəti ən azı 10% azala bilər. Bu da istər-istəməz markanın həm nüfuzuna xələldir, həm də əvvəlki istehsal səviyyəsini düşürəcək. 
 

"Volkswagen" rəhbərliyinin bu addımını "qeyri-real" adlandıran həmkarlar ittifaqı, ciddi müqavimət göstərəcəyini bəyan edib. 


Qeyd edilib ki, avtomobil və metal sektorlarındakı struktur problemləri maaşların azaldılması yolu ilə həll edilə bilməz; həmçinin vurğulanıb ki, işçi qüvvəsi xərcləri ümumi satış xərclərinin çox kiçik bir hissəsini təşkil edir.

Hazırda tarixindəki ən əhəmiyyətli yenidənqurma prosesini yaşayan "Volkswagen" Qrupunda yeni kollektiv əmək müqaviləsi ilə bağlı danışıqların noyabrın sonunda başlaması gözlənilir.

Bu müzakirələr həmçinin metal və elektrotexnika sektorları üzrə daha genişmiqyaslı kollektiv müqavilələrə də təsir göstərəcək; həmin sektorlar "Audi", kimi qrup törəmə şirkətini də əhatə edir.

Təxminən bir ay əvvəl mövcud kollektiv əmək müqavilələrini ləğv edən "Volkswagen" rəhbərliyi, qrup daxilində artıq mövcud olan ixtisar planlarına əlavə olaraq, qarşıdakı illərdə dünya üzrə daha 50 000 iş yerini ləğv etməyi hədəfləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO