Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Hazırda oxunan: Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

643179

Sosial şəbəkələrdə və Qərb mətbuatında Şimali Koreya lideri Kim Çen İnin beyninə qan sızması nəticəsində komaya düşməsi və ya vəfat etməsi barədə gəzən şayiələr rəsmi Pxenyan tərəfindən təkzib olunub.

Bizim.Media xəbər verir ki, Şimali Koreyanın dövlət mətbuatı (KCNA/Rodong Sinmun) ölkə rəhbərinin qızı ilə birlikdə geyim və ayaqqabı sərgisinə baş çəkdiyini əks etdirən yeni fotoları yayımlayıb.

Nə baş vermişdi?

Qeyd edək ki, Kim Çen İnin səhhətinin kəskin pisləşməsi, Pekindəki xəstəxanalardan birinə aparılması və hətta öldüyü barədə təsdiqlənməmiş iddialar sürətlə yayılmışdı. Lakin oktyabrın 20-də dərc edilən görüntülərdə Şimali Koreya liderinin səhhətinin qaydasında olduğu, tədbirdə gəzərək eksponatları nəzərdən keçirdiyi görünür. Cənubi Koreyanın kəşfiyyat xidməti də daha əvvəl Şimali Koreya liderinin səhhətində hər hansı fövqəladə anormallığın qeydə alınmadığını bildirmişdi.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO