Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Hazırda oxunan: Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

643088

Ukrayna Silahlı Qüvvələri tarixdə ilk dəfə olaraq, pilotsuz uçuş aparatından (PUA)  istifadə etməklə cəbhə xəttindən yaralı əsgərin unikal təxliyəsini həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Şimal Bölgəsinin Hərbi Tibbi Klinik Mərkəzi “Facebook”da məlumat verib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində döyüş meydanından yaralı əsgərin havadan təxliyəsini həyata keçirib.
 

Hər iki ayağından amputasiya olunmuş 49 yaşlı əsgər Kupyansk bölgəsindəki mövqedən böyük bir dron vasitəsilə təxliyə edilib. Konstantin adlı bir əsgər təkbaşına müşahidə məntəqəsi saxlayırdı.


 Əsgərin yerüstü robot sistemləri də daxil olmaqla, müxtəlif vasitələrlə təxliyə edilməsi üçün bir neçə cəhd uğursuz olub. Əsgər bildirib ki, işğalçılar missiyanı pozmaq üçün əllərindən gələni ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO