Alimlər koronavirus infeksiyasının insanın sinir sisteminə təsir göstərərək motivasiya, sevinc və yaddaşla əlaqəli reseptorların sıxlığını azalda biləcəyini müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Nəşrin məlumatına görə, xəstəlik nə qədər ağır keçərsə, orqanizmdə baş verən dəyişikliklər də bir o qədər nəzərəçarpan ola bilər.
Tədqiqatçılar sağaldıqdan sonra bu reseptorların hər zaman öz-özünə bərpa olunmadığına diqqət çəkiblər.
Həkimlər sinir uclarının bərpası üçün ayrıca müalicə tələb oluna biləcəyini bildirirlər. Bununla belə, hazırda bu istiqamətdə effektiv müalicə üsulları tam öyrənilməyib.
Mütəxəssislər koronavirusun insan sağlamlığına uzunmüddətli təsirlərini, xüsusilə sinir sistemində yaratdığı dəyişiklikləri araşdırmaqda davam edirlər. Yeni məlumatların COVID-19-dan sonra uzun müddət davam edən simptomların səbəblərini daha yaxşı anlamağa kömək edəcəyi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:43 / 19.10.2026
COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər
Hazırda oxunan: COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər
Hazırda oxunan: COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər
643129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































