Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

643160

Azərbaycanda BMT ilə iqlim və ətraf mühit sahəsində əməkdaşlıq müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi Darya Şlapachenko ilə iqlim və ətraf mühit prioritetləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
 

Görüşdə Azərbaycanın BMT ilə tərəfdaşlığı, o cümlədən COP29 çərçivəsində uğurlu əməkdaşlıq əsasında iqlim tədbirlərinin gücləndirilməsi və dayanıqlılığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəzər dənizində su səviyyəsinin azalmasına beynəlxalq diqqətin artırılmasının vacibliyi vurğulanıb. Bu problemin regionun üzləşdiyi ən ciddi ekoloji çağırışlardan biri olduğu qeyd edilib.

Həmçinin transsərhəd su ehtiyatlarının idarə olunması, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahələrində regional əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.

Tərəflər COP31-ə qədər və ondan sonrakı dövrdə bu istiqamətlər üzrə əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO