UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda "Sabah"la qarşılaşacaq Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç oyundan öncə fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, mütəxəssis ilk olaraq komandasının qarşılaşmaya hazırlığı barədə danışıb:
"İkinci dəfədir Azərbaycandayam. Bura gözəl və qonaqpərvər ölkədir. Rəqib barədə lazımi məlumatlarımız var və oyuna uyğun hazırlaşmışıq. Bəzi detalları futbolçulara çatdırmağa vaxtımız olmayıb. Hər şey sabah bəlli olacaq".
- Sabahkı oyun barədə nə düşünürsünüz?
- Hələ əldə edə bilmədiyimiz bəzi məqamlar var. Futbolçularımıza bir qədər sürət lazımdır. Bunun üzərində işləyirik. Sabah yaxşı nəticə qazanmaq üçün hücum etməliyik. Oyun həqiqətən çətin olacaq. Sürətli olmalı, malik olduğumuz keyfiyyətləri maksimum dərəcədə nümayiş etdirməliyik. Sabah qalib gəlməliyik.
- “Sabah” barədə fikirləriniz necədir?
- Valdas Dambrauskası çoxdan tanıyıram. 2017-ci ildə yaradılmış komandaya qarşı oynayacağıq. Rəqibin gücünü anlayırıq. Özümüzə inanmalı və keyfiyyətimizi meydanda göstərməliyik. “Sabah”a böyük hörmətlə yanaşırıq, amma cütün favoriti olduğumuzu da anlayırıq. Buna görə sabah qələbə qazanmalıyıq. Motivasiyamız yüksəkdir.
- Komandanızın son oyunlarda qələbə qazana bilməməsi barədə nə deyə bilərsiniz?
- Mən gələndə komanda turnir cədvəlində 11-ci yerdə idi. Bu vəziyyətləri müqayisə etmək olmaz. “Verder”lə oyunda üstünlük bizdə idi. Lazımi keyfiyyətlərə sahibik. İnanıram ki, qarşıdakı matçda qalib gələcəyik. Bununla yanaşı, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.
Qeyd edək ki, “Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:58 / 19.10.2026
"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi
Hazırda oxunan: "Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi
Hazırda oxunan: "Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi
643132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































