İstanbulda ticarət mərkəzlərindən birində bir qrup şəxs Türkiyə ilə yanaşı İsrail vətəndaşlığına da sahib olan qadına qarşı etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.
Etirazçılar qadının Türkiyədə yaralı İsrail hərbçilərinin müalicəsinin təşkili, o cümlədən estetik əməliyyatların keçirilməsi ilə məşğul olduğunu iddia ediblər. Onun sosial şəbəkələrdə influenser kimi də fəaliyyət göstərdiyi bildirilir.
Etirazçılar Kartal A... və M... klinikalarının adlarını çəkiblər. Həmçinin qadının iki övladının İsrail ordusunda xidmətini davam etdirdiyini iddia ediblər.
Məsələ Türkiyənin Qəzzada baş verənlərə görə İsraillə bütün iqtisadi əlaqələrini kəsdiyini bəyan etməsinə baxmayaraq, İsrail hərbçilərinin ölkədə necə müalicə alması ilə bağlı suallar yaradıb.
Digər tərəfdən, iddialara görə, yaralı hərbçilər Qəzzadakı döyüşlərdə iştirak etmiş şəxslər ola bilər. Etirazçıların narazılığının onları qəbul edən klinikalara deyil, qadına yönəlməsi və Türkiyə mediasında klinikaların adlarının gizli saxlanılması da diqqət çəkib.
Qeyd edək ki, bu məlumatlar etirazçıların iddialarına əsaslanır və onların doğruluğu müstəqil şəkildə təsdiqlənməyib.
Bizim.Media





























































































