14 elektrikli avtomobilin real yol şəraitində sınaqları zamanı ən az enerji sərf edən model "Hyundai IONIQ 6 SR" olub.
Bizim.Media xəbər verir ki, Türkiyədə "Kayseri-Sivas" marşrutu üzrə təxminən 200 kilometrlik məsafədə keçirilən sınaqlarda avtomobillərin enerji sərfiyyatı müqayisə edilib.
Nəticələrə əsasən, "Hyundai IONIQ 6 SR" hər 100 kilometrə 13,6 kVt/saat enerji sərf edərək birinci yeri tutub. "MINI Countryman" 14,7 kVt/saat göstərici ilə ikinci, "Tesla Model Y Premium" isə 14,9 kVt/saat sərfiyyatla üçüncü olub.
Ən yüksək enerji sərfiyyatı "KGM Torres EVX" modelində qeydə alınıb. Bu avtomobil 100 kilometr məsafəyə 22 kVt/saat enerji sərf edib. "BYD Seal U EV" modelində bu göstərici 20,6 kVt/saat, "Togg T10X" modelində isə 20 kVt/saat təşkil edib.
Sınaq zamanı enerji doldurma müddətinə görə də fərqlər ortaya çıxıb.
"Volkswagen ID. Buzz" 32 dəqiqəlik göstərici ilə ilk sırada qərarlaşıb. "Opel Frontera"nın enerji doldurma müddəti isə 77 dəqiqə olub. (bakupost.az)
Bizim.Media






























































































