Kim Çen İn öldü – KİV

Kim Çen İn öldü – KİV

Hazırda oxunan: Kim Çen İn öldü – KİV

643167

Şimali Koreya lideri Kim Çen İnin ağır xəstəliyə tutulması və ya vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media “Daily Star” nəşrinə istinadən xəbər verir ki, Kim Çen İnin səhhəti ilə bağlı şayiələr oktyabrın 19-da, bazar ertəsi axşam saatlarında yayılmağa başlayıb. 

Yayılan məlumatlara əsasən, Kim Çen İn beyin qanaması keçirib və bundan sonra huşunu itirib. Onun vəziyyətinin kritik olduğu, Çin rəhbərliyinin isə Şimali Koreyada siyasi qeyri-sabitlik ehtimalını nəzərdən keçirməyə başladığı iddia olunur.

Məlumatlarda Çinin təxminən 9 min hərbçini bölgəyə göndərəcəyi bildirilir. 

İddialara görə, onların əsas vəzifəsi mümkün dövlət çevrilişinin qarşısını almaq və Kim Çen İnın ölkəyə rəhbərlik etmək iqtidarında olmadığı təqdirdə sabitliyi təmin etməkdir.

Qeyd edək ki, iddiaların ilkin mənbəyi Çin müxalifətinin nümayəndəsi kimi təqdim olunan Von Cun Sya adlı şəxsin sosial şəbəkələrdəki paylaşımlarıdır. Pxenyanda mümkün böhranla bağlı sonrakı məlumatların da məhz həmin paylaşımlar əsasında yayıldığı bildirilir.

Bəzi mənbələr Kim Çen İnın gizli şəkildə Pekinə aparıldığı barədə də məlumatlar yayıb. İddialara görə, Şimali Koreya lideri təcili tibbi yardım göstərilməsi üçün Pekin Tibb Universitetinin xəstəxanasına yerləşdirilib.

Bəzi internet resursları isə daha da irəli gedərək Kim Çen İnın vəfat etdiyini iddia ediblər. Bununla belə, yayılan məlumatların heç biri müstəqil şəkildə təsdiqlənməyib.

Kim Çen İnin varisi kim olacaq?

Şayiələr fonunda Şimali Koreyada mümkün hakimiyyət varisi məsələsi də yenidən gündəmə gəlib. Ehtimal olunan namizədlər arasında Kim Çen İnin qızı Kim Cu E də göstərilir.

Son illərdə atasını rəsmi tədbirlərdə mütəmadi olaraq müşayiət edən Kim Cu E hərbi paradlarda, dövlət mərasimlərində və müdafiə obyektlərinə səfərlərdə iştirak edib. Onun bu cür tədbirlərdə görünməsi gələcəkdə hakimiyyətin ötürülməsinə hazırlandığı barədə ehtimallara səbəb olub.

Xatırladaq ki, Şimali Koreya liderinin səhhəti ilə bağlı oxşar vəziyyət 2020-ci ildə də yaşanıb. Həmin vaxt Kim Çen Inın uzun müddət ictimaiyyət qarşısına çıxmaması onun vəfat etdiyi və ya komaya düşdüyü barədə iddialara yol açmışdı.

Lakin sonradan Kim Çen In yenidən ictimaiyyət qarşısına çıxaraq onun ölümü ilə bağlı iddiaları təkzib etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO