Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Hazırda oxunan: Mbappe karyerasında ilkə İMZA ATDI

643120

“Real”ın hücumçusu Kilian Mbappe 2025/2026 mövsümünün yekunlarına əsasən Avropanın ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, Fransa nəşri “Onze Mondial” 27 yaşlı futbolçunu oxucuların səsverməsinin nəticələrinə əsasən “Onze d’Or” mükafatına layiq görüb. 

Beləliklə, Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə üçüncü yeri tutub.

Fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində 40 qol vurub. Səsvermədə ikinci yeri PSJ-nin yarımmüdafiəçisi Joao Neveş 11,9 faiz, üçüncü yeri isə Paris klubunun vingeri Xviça Kvaratsxeliya 10,8 faiz səslə tutub.

Qeyd edək ki, 2024/2025 mövsümünün ən yaxşı futbolçusu PSJ-nin vingeri Usman Dembele seçilmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO