Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Hazırda oxunan: Yavər Şıxəliyev VƏFAT ETDİ

643138

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb
 

Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.


1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.

O, səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO