Bakı–Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosunun verdiyi məlumata görə, "Mercedes" markalı minik avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında gedən "KamAZ" markalı yük maşınına çırpılıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər.
Qəzada yaralananlardan üç nəfərin kimliyi artıq müəyyənləşib. Bunlar Bərdə rayon sakinləri Fərahim Hüseynov, Şəhriyar Ağazadə və Elvüsal Mustafayevdir. Vəziyyəti ağır olan 4-cü şəxsin isə şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.
Əraziyə Dövlət Yol Polisi xidmətinin (DYP) əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.





Bizim.Media, Aran bürosu






























































































