Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO
Gəncənin Şəhidlər xiyabanında 600-ə yaxın Vətən fədaisi uyuyur. Onlardan 480-i Birinci Qarabağ müharibəsinin, digərləri isə Vətən müharibəsinin şəhidləridir.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsi zamanı Gəncəyə endirilən raket zərbələri nəticəsində həlak olan 26 nəfərdən bir qismi də burada dəfn edilib.
Gəncənin ilk mülki şəhidi Tunar Əliyevin anası Validə Əliyeva da müharibədən ötən altı il ərzində oğlunun məzarını heç vaxt tək qoymayıb.
Şəhidin anası Baku TV-yə oğlunun son günü və onunla bağlı unuda bilmədiyi xatirələrini bölüşüb:
"Səhər tezdən Tunar əsgərlərə yardım aparmaq məqsədilə öz avtomobili ilə evdən çıxdı. Təxminən 10 dəqiqə sonra güclü partlayış səsi eşidi...