Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib.
MÖVZU İLƏ BAĞLI:
Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var
Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.
Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib.
"Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə O.Həsənoğlu bildirib.
...