Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı - VİDEO

Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı - VİDEO

Hazırda oxunan: Gədəbəydə maşın körpüdən aşdı - 5 nəfər xəsarət aldı - VİDEO

633807

Gədəbəydə xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq körpudən dərəyə aşıb.

Qəza zamanı Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, onun qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərindəki xəstəxanalardan birinə təxliyə olunublar.

Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO